“Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsində yerli xəzinədarlıq orqanı ilə sifarişçi təşkilat arasında illər üzrə xərc edilmiş vəsaitlərin üzləşmə aktları təqdim edilməyib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin “Azdövsutəslayihə” İnstitutunun 20.02.2023-cü il tarixli məktubla təqdim etdiyi arayışda “mövcud vəziyyətin mühəndisi baxımdan tam qiymətləndirilməsi üçün layihə və smeta, ekspertiza, aidiyyətı təşkilatlarla razılaşdırma, tikintiyə müəllif nəzarəti və texniki nəzarət sənədlərinin Sifarişçi tərəfindən təqdim olunmasının, həmçinin Baş layihəçi təşkilatın məsul mütəxəssislərinin işçi qrupun üzvləri ilə texniki məsələlərin müzakirəsi məqsədilə görüşünün təşkil olunmasının məqsədəuyğun olduğu bildirilmişdir. Ümumiyyətlə, Ordubad SES kompleksinin tikintisinin davam etdirilməsinə qərar verildiyi təqdirdə, obyekt üzrə yerinə yetirilmiş mövcud vəziyyəti və qalıq işlərini nəzərə almaqla layihə-smeta sənədlərinin yenidən işlənilməsinin məqsədəmüvafiq hesab olunduğu qeyd edilib.