Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Həmin əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.