Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrindən azad ediliblər.
Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıblar.
Dövlət başçısının digər sərəncamları ilə Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev Anar Fərruh oğlu Məmmədov, Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunublar.