Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, polis cinayətin üstünü açıb.
Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Lənkəran şəhər icra başçısı Taleh Qaraşov isə mətbuata açıqlamasında Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.
Baş Prokurorluqdan Heftelik.az-a bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur.