Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin olunması üzrə vəzifələri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
XRİTDX dövlət qurumları üzrə kibermərkəz vasitəsilə dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarəti Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirməli və dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət edilməsinin yoxlanılmasına dair illik planı hər il dekabrın 20-nə kimi Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etməlidir.