Hüquqi aktların tələblərinə tam əməl olunmaması bir sıra mədəniyyət müəssisələrinin strukturunun düzgün müəyyən edilməməsi və artıq ştatların saxlanılmasına şərait yaradıb.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Həmin ştatlar üzrə dövlət vəsaitinə əlavə tələbat formalaşdırılıb, İdarənin əhatə etdiyi mədəniyyət müəssisələri üzrə cəmi 24,5 ştat vahidi artıq saxlanılmaqla 220,8 min manat əməkhaqqı ödənilib.
İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə ali və ya orta ixtisas tələb olunan vəzifələrdə orta təhsilli əməkdaşların çalışdığı müəyyən olunub. Bununla da İdarə tərəfindən Əsasnamədə tabeliyində olan qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək, onların şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək kimi vəzifəsi tam yerinə yetirilməyib.