Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun 16.02.2023-cü il tarixli Aktında “ilkin baxışda seçmə üsulu ilə yoxlanılan divarların betonlanması zamanı armatur karkasların dəqiq fiksasiyası aparılmadığından beton mühafizə qatının pozulmasına yol verildiyi üzə çıxıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, torpaq və su ilə təmasda olan bu kimi dəmir-beton konstruksiyalar üçün «Бетонные и железобетонные конструкции гидротехнических сооружений» СНиП 2,06,08-87-nin 3,7-ci bəndinə, «Защита строительных конструкций от коррозии» СНиП 2,06,08-87-də Cədvəl 11-ə və СП 41.13330.2012-nin 6.8-ci bəndinə əsasən mühafizə qatı ən azı 30-60 mm olmalıdır. Lakin su qəbuledici kanalda 0+987km; 1+294km; 2+0814km; 2+662km; 5+336km; 6+594km; 10+599km divarlarında mühafizə qatının orta olaraq 5-15 mm ölçüdə müəyyən edildiyi, bunun isə normativ tələblərə uyğun olmadığı və armaturun korroziyası ilə tez bir zamanda divarların ciddi zədələnməsinə gətirəcəyi, kanalın istismarı zamanı su səviyyəsinin dəyişkən olması şəraitində işlənilməsi ilə monolit dəmir beton konstruksiyasına sukeçirilməzlik tələbinin mövcud olduğunu, həmçinin betonun açıq hava şəraitində olmasını nəzərə alaraq şaxtayadavamlılığı barədə tədqiqatlar aparılmalı olduğu, layihə sənədləri və digər məlumatların təqdim edilmədiyi üçün uyğunluğu tam müqayisə etməyin mümkün olmadığı qeyd edilib.