Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemini yaradır, onun funksionallığını təmin edir, təhlükəsizlik risklərinin qiymətləndirilməsini, kiberinsidentlərin monitorinqini və cavab tədbirlərini, bu sistemə aidiyyəti olan digər fəaliyyət sahələri arasında əlaqələndirməni təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Eyni zamanda kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektlərinin fəaliyyətinin davamlılığı üçün yararlılıq, yetərlilik və etimadlılıq dərəcələrinin əvvəlcədən təyin olunmuş hədlər çərçivəsində saxlanılmasını təşkil edir.