Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin proqram, texniki və mühəndis təminatı vasitələrinin layihə sənədləri kritik informasiya infrastrukturunun layihə sənədlərinin tərkib hissəsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemi kritik informasiya infrastrukturu obyektlərinin əsas fəaliyyətinə əngəl yaratmamalıdır.