Dövlət qurumları üzrə kibermərkəzin vəzifələri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Bu vəzifələr sırasına dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə təkliflər hazırlamaq və dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektləri ilə bağlı məlumatların Reyestrə təqdim edilməsini təmin etmək, həmin məlumatları yoxlamaq və Reyestr vasitəsilə rəyi təqdim etmək daxildir.