Kənar dövlət maliyyə nəzarəti tədbirində ictimai sektor üzrə dövlət sifarişlərinin auditi zamanı ictimai sektor üzrə ödənişlərin düzgünlüyünə diqqət yetirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Audit qrupunun hesabatı üzrə təqdim olunan qeydlər, eləcə də əldə olunan digər məlumatlar auditor hesabatında qeyd olunmuş nəticələri əsaslandırmağa imkan verib. Hesabatın hazırlanmasında “Dövlət sektorunda auditin təməl prinsipləri” standartının prinsip və tövsiyələri nəzərə alınıb.