Hesabatın hazırlanmasında və işin yerinə yetirilməsində tətbiq olunan audit standartları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, “Dövlət sektorunda auditin təməl prinsipləri (ISSAI 100)” standartının prinsiplərinə və tövsiyələrinə uyğun olaraq keçirilən audit üzrə tətbiq edilən standartlar və digər mənbələr hesabatın istifadəçilərinə təqdim olunması məqsədi ilə Hesabata daxil edilib. (ISSAI 100\8).
Belə ki, audit Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının 14.02.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq auditinə dair Təlimat”a uyğun, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən dərc edilmiş P 1 (Lima Bəyannaməsi), P 12 (Ali Audit Qurumlarının dəyər və üstünlükləri – vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi) və P 20 (Şəffaflıq və hesabatlılıq prinsipləri), Ali Audit Orqanlarının Beynəlxalq Standartları olan ISSAI 100 (Dövlət sektorunda auditin təməl prinsipləri), ISSAI 130 (Etika Məcəlləsi), ISSAI 140 (Keyfiyyətə nəzarət), ISSAI 400 (Uyğunluq auditinin təməl prinsipləri), ISSAI 4000 (Uyğunluq auditi standartı) saylı standartların tövsiyə və prinsiplərinə müvafiq olaraq aparılıb. (ISSAI 100\9;12).