Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanına və ya siyasi partiya tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın daxil edilməməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən müvafiq icra hakimiyyəti orqanına və ya siyasi partiya tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın daxil edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.