Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin olunmasının fasiləsiz (24/7 rejimdə) monitorinqi kritik informasiya infrastrukturu subyektləri tərəfindən təmin edilir və mərkəzləşmiş nəzarəti həyata keçirmək üçün zəruri məlumatlar, o cümlədən kiberinsidentlər barədə məlumatlar real vaxt rejimində aidiyyəti kibermərkəzə göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Müdaxilə sınaqları kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyində boşluqların, zəifliklərin və digər uyğunsuzluqların aşkar olunması məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təsdiq edilmiş plan üzrə aidiyyəti kibermərkəz tərəfindən həyata keçirilir. Kritik informasiya infrastrukturu subyekti tərəfindən kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyində boşluqların, zəifliklərin və digər uyğunsuzluqların aşkar olunması məqsədilə müdaxilə sınaqlarının keçirilməsinə dair illik və (və ya) cari plana uyğun olaraq ildə 1 (bir) dəfədən az olmayaraq (bu tədbirlərin keçirilməsindən ən azı 7 (yeddi) gün əvvəl aidiyyəti kibermərkəzi məlumatlandırmaqla), müdaxilə sınaqlarının keçirilməsi təşkil edilir.