“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycan Respublikasında fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycan Respublikasında fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.