Malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş marşrutdan kənara çıxmaqla daşınmasına görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş marşrutdan kənara çıxmaqla daşınmasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.