Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya yaxınları bildirib.
Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
Xatırladaq ki, bu gün 64 yaşlı Surət Hüseynovun ölüm xəbəri yayılıb.
Onun İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti pisləşib.
O, 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdu.