Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üzrə kibermərkəz tərəfindən dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyində boşluqların, zəifliklərin və digər uyğunsuzluqların olub- olmamasının müəyyən edilməsi məqsədilə müdaxilə sınaqlarının keçirilməsinə dair planı təsdiq olunması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
XRİTDX yoxlama tədbirləri nəticəsində dövlət qurumunun kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə, habelə təhlükəsizlik üzrə kritik hal baş verdikdə Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə tədbirlər görməlidir.