Hesablama Palatasının aşkar olunan uyğunsuzluqların və digər nöqsanların aradan qaldırılması (kompensasiya ödənilməklə), müvafiq işçilərin öz məsuliyyətini dərk etməsi, gələcəkdə bu kimi halların baş verməsinin qarşısının alınması və ən azı məhdudlaşdırılması istiqamətində addımların atılması məqsədi ilə təqdim etdiyi təkliflərdən biri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Qeyd edilib ki, auditin tam aparılması üçün “Layihə tapşırığı” sənədinin, geoloji hesabatların, smeta sənədlərinin və digər zəruri sənədlərin təqdim edilməməsi və auditin gedişatında mal-materialın qiymətləri üzrə əhəmiyyətli fərqlərin müşahidə olunması, “Yerinə yetirilmiş işlərin qəbulu” aktlarında 2021-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayınadək təqdim edilən ümumilikdə 3,960,631.0 manat dəyərində işlərin yerinə yetirilməsini təsdiq edən “Forma 2” aktında ƏDV- nin hesablanmaması və hüquq-mühafizə orqanlarının 22.02.2023-cü il tarixli məktubu əsas götürülərək audit materiallarının və əlavələrinin hüquq-mühafizə orqanlarına göndərilməsi məqsədəuyğun hesab edilir.