Aparılan audit üzrə nəticə formalaşdırmaq məqsədilə əldə olunmuş audit sübutları (məlumatlar, dəlillər) müəyyən edilmiş audit meyarı ilə müqayisə olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Belə ki, audit qrupu tərəfindən toplanmış sübutlar təhlil edilərkən peşəkar mühakimə tətbiq edilib, nəticə çıxarmaq üçün yetərli və müvafiq sübutların olub-olmadığı, eyni zamanda, obyektiv təsəvvür yaratmaq üçün qiymətləndirmə prosesində audit təsbitləri ilə bağlı təmin edilmiş bütün sübutlar nəzərdən keçirilib.