Aktivlərin faktiki qalığının inventarizasiyası maddi-məsul şəxslərin bilavasitə iştirakı ilə aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

İnventarizasiya gününədək maddi-məsul şəxslər öhdələrində olan aktivlərin olduğu yerlərdə səliqə-səhman yaratmalı, qruplaşdırmalar aparmalı, yarlıqlar asmalı və digər lazımi işləri görməklə inventarizasiyanın vaxtında və düzgün aparılmasına şərait yaratmalıdırlar.