Dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə xüsusi tələblərin müəyyən edilməsi ilə bağlı tövsiyələr vermək Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) vəzifəsidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektlərini AzStateNet internet və data şəbəkəsi ilə təmin etmək və bu Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək də XRİTDX-nin vəzifələri sırasındadır.