Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizlik əməliyyatları mərkəzinin və ya bu mərkəz olmadığı təqdirdə, həmin subyektin informasiya təhlükəsizliyinə məsul olan struktur bölmə və məsul şəxsin, habelə kibertəhlükəsizlik xidməti provayderinin bu infrastrukturun mühafizəsi üzrə funksiyalarını və öhdəliklərini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Eyni zamanda kritik informasiya infrastrukturu obyektlərinin təhlükə- sizliyinə məsul olan struktur bölmənin və ya təhlükəsizlik əməliyyatları mərkəzinin rəhbəri, yaxud digər məsul şəxs barədə məlumatın Reyestrdə yerləşdirilməsini təmin edir.