Dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinə bu Qaydalarda eyd olunmuş subyektlər vasitəsilə real vaxt rejimində mərkəzləşmiş nəzarəti həyata keçirmək, bunun üçün əldə edilmiş məlumatları mərkəzləşmiş qeydiyyata almaq, toplamaq, sistemləşdirmək və təhlil etmək Dövlət qurumları üzrə kibermərkəzin vəzifələrinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə dövlət qurumları tərəfindən riayət olunmasını yoxlamaq (Milli kibermərkəzlə birgə) da bu vəzifələr sırasındadır.