Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təyinat yerinə çatdırılmamasına, yaxud itirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yüz faizinədək məbləğdə cərimə edilir.