Kritik informasiya infrastrukturu subyekti səlahiyyətli orqanla qarşılıqlı əlaqələrin operativliyini təmin etmək məqsədilə kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə məsul şəxs təyin edir və həmin şəxs barədə məlumatların Reyestrdə yerləşdirilməsi təmin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Yeni formalaşdırılan kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin istismara qəbulu sınaqları kritik informasiya infrastrukturu obyektlərinin istismara qəbul planı əsasında keçirilir.