Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, əlavə məlumat veriləcək.
Qeyd edək ki, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur.