Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə uyğunluğun təmin edilməsi, o cümlədən informasiya təhlükəsizliyini idarəetmə sisteminin tələblərə müvafiq fəaliyyətini təşkil etmək üçün kritik informasiya infrastrukturu subyektləri ildə bir dəfədən az olmayaraq, kibertəhlükəsizlik xidməti provayderi tərəfindən kənar audit yoxlamalarının keçirilməsini və onun nəticələrinin səlahiyyətli orqana göndərilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Kənar audit yoxlamaları təyin olunmuş tələblərə uyğunluq dərəcələrinin qiymətləndirilməsi məqsədilə, habelə proqram, texniki və mühəndis təminatı vasitələrinin yaradılma və istismara qəbul, yenilənmə və təkmilləşdirilmə, tələb olunduqda istismardan çıxarılma mərhələlərində həyata keçirilir.