Nisyə mal alqı-satqısı ilə məşğul olanlara yeni cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə olunan dəyişikliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.