Auditin  əhatə  etdiyi  dövr  ərzində  İdarənin  əhatə  etdiyi  mədəniyyət  müəssisələri  üzrə dərəcələrin düzgün müəyyən olunmaması, tarifləşmənin düzgün aparılmaması 4,3 min manat artıq, eləcə də 2,7 min manat əskik əməkhaqqı ödənilməsi ilə nəticələnib.

Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.

Eləcə də ezamiyyə xərclərinin icrası zamanı ezamiyyə günlərinin sayının fəaliyyətə uyğun olmaqla düzgün hesablanmaması, əlavələrin müvafiq qaydada tətbiq edilməməsi, İdarənin balansında olan avtomobillərə sərf edilmiş yanacaq xərcinin ödənilməsi zamanı normalara əməl olunmaması artıq büdcə vəsaitinin istifadəsinə şərait yaradıb.