Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanmanın idarə edilməsi üçün hazırladığı mobil tətbiqin (“AzParking”) təqdimatı keçirilib.
Heftelik.az-ın məlumatına görə, tətbiqi AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev təqdim edib.
Onun sözlərinə görə, mobil tətbiq avqustun 7-dən istifadəyə veriləcək və onunla sürücülər boş parklanma yerlərini tapa, vaxtlarına qənaət edə biləcəklər.
“Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80 %-dən azdırsa məlumatlar yaşıl rəngdə, 80 %-dən çoxdursa qırmızı rəngdə olacaq. Parklanma yerlərinin öncədən rezervasiyası mümkün olmayacaq. Çünki, bunu idarə etmək çətindir və qanunvericiliklə də nəzərdə tutulmayıb”, – deyə A.Rzayev əlavə edib.