Respublikada vaksinləşmə prosesi üzrə şəffaflığın daha da artırılmasında müəyyən çatışmazlıqlar mövcuddur.

Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən  Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.

Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının icrasının real təşkili üçün regional strukturlar üzrə aylıq, rüblük hədəf göstəriciləri müəyyənləşdirilməmiş, faktiki vaksinləşmənin proqram təminatı üzərindən elektronlaşdırılması təmin olunmayıb (heyvanların sahibləri və ya istifadəçiləri olan şəxslərin rekvizitləri də bəlli olmaqla).