Şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a deyib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Ərizədə şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir.