Sabah hava belə olacaq

01 Avqust 2023, 14:42

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Avqustun 2-də Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.