Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Sığortaolunan tərəfindən sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verilməməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında cərimə edilir.