Çox doğru olaraq Ulu Öndərin işləyib hazırladığı və əsasını qoyduğu yeni neft strategiyası Azərbaycan dövlətinin həm siyasi, həm də iqtisadi müstəqilliyinin rəmzi sayılır.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, sonradan “Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizin valyuta gəlirlərinin artması sürətli iqtisadi inkişafın maliyyələşdirilməsinə geniş imkanlar açıb.
Ölkədə ildən-ilə valyuta ehtiyatlarının çoxalması maliyyə nəzarəti sahəsində də mövcud mexanizmlərin təkmilləşdirilməsi zərurətini yaradıb.