Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub.
O saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.