Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə dövlət qurumu olmayan sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən riayət olunmasının yoxlanılması həmin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektlərə gəlmədən aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.

Milli kibermərkəzin mütəxəssisləri kritik informasiya infrastrukturu təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinə gələ bilərlər. Bu halda aşkar edilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.