Dövlət Təhlükəsizliyi Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) (dövlət qurumlarına münasibətdə) kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə hüquqları məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Bu hüquqlar sırasında bu Qaydalarla həvalə olunmuş vəzifələrinin icrası üçün kritik informasiya infrastrukturu subyektindən kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin olunması vəziyyətinə dair zəruri məlumatları ödənişsiz, birbaşa və dərhal əldə etmək və kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin formalaşdırılması və fəaliyyəti üçün kritik informasiya infrastrukturu subyektinə təşkilati dəstək göstərmək və tövsiyələr vermək yer alıb.