“Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin ilkin planlaşdırması, texniki-iqtisadi hesablamaların aparılması və büdcə təklifləri ilə bağlı sənədlər audit qrupuna təqdim edilmədiyindən qiymətləndirici qənaətin formalaşdırılması mümkün olmayıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ordubad Su Elektrik Stansiyasının tikintisi” layihəsinin icrasına ayrılan dövlət investisiyalarının auditinin nəticələri haqqlnda auditor hesabatında əksini tapıb.
Ordubad Su Elektrik Stansiyasının (bundan sonra – Ordubad SES) tikintisinə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında 14.11.2010-cu il tarixində bağlanmış enerji və nəqliyyat sahəsində Anlaşma Memorandumuna əsasən başlanılmışdır. 09.04.2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin İrana rəsmi səfəri zamanı isə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında “Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı”na dair Saziş imzalanıb.