Yoxlama tədbirləri nəticəsində kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən ciddi nöqsanlar aşkar edildikdə, zəruri tədbirlərin görülməsi üçün Milli kibermərkəzi məlumatlandırmaq Dövlət qurumları üzrə kibermərkəzin vəzifələrinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Eyni zamanda dövlət qurumlarının kritik informasiya infrastrukturu obyektlərinə qarşı yönəlmiş kibertəhdidlər, kiberhücumlar, habelə kiberinsidentlər barədə məlumatları toplamaq, sistemləşdirmək və təhlilini aparmaq, kiberinsidentlərə qarşı cavab tədbirləri görmək, baş vermiş kiberinsidentlə əlaqədar tədqiqatlar həyata keçirmək (Milli kibermərkəzlə birgə) də bu vəzifələr sırasında yer alıb.