İtaliya millisinin heyətində 2006-cı il Dünya Çempionatının qalibi və 10 qat ölkə çempionu olan qapıçı Canluici Buffon 45 yaşında futbol karyerasına son qoyub.
Heftelik.az xəbər verir ki, Buffon bu barədə İnstaqram səhifəsində məlumat verib.
“Budur uşaqlar. Siz mənə hər şeyi verdiniz, mən də sizə hər şeyi verdim. Biz bunu birlikdə etdik”, – o yazıb.