Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırmaya görə cəzalar məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət Məcəlləsində əksini tapıb.
Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırma beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb olduqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.