Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə fəaliyyətin ümumi təşkili və əlaqələndirilməsi səlahiyyətli orqan tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması üzrə vəzifələri sırasına kritik informasiya infrastrukturu təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarəti həyata keçirmək (dövlət qurumlarına münasibətdə XRİTDX ilə birgə) və informasiya sisteminin, avtomatlaşdırılmış idarəetmə sisteminin və ya informasiya-kommunikasiya şəbəkəsinin kritik informasiya infrastrukturu obyekti hesab edilməsi prosesini təşkil etmək, həmin obyektlərin Siyahıya daxil edilməsinə və (və ya) Siyahıdan çıxarılmasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək (dövlət qurumlarına münasibətdə XRİTDX ilə birgə) daxildir.