Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının icrası səviyyəsi aşağı düşüb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatası tərəfindən təqdim edilən Büdcə gəlirlərinin funksional təsnifatının “Kənd təsərrüfatı” bölməsi üzrə 2022-ci il üçün ortamüddətli xərclər çərçivəsində monitorinq göstəricilərinin və büdcə parametrlərinin icrası vəziyyətində əksini tapıb.
Belə ki, İBH-də dabaq xəstəliyi üzrə müvafiq naxırda 2020-ci ildə Tədbirlər Planlarının icrası səviyyəsi 79%, 2021-ci ildə 95% olduğu halda, 2022-ci ildə 65%-ə, cavanlarda 2020-ci ildə 49%, 2021-ci ildə 45% olduğu halda, 2022-ci ildə 27%-ə, qarayara xəstəliyi üzrə cavanlarda 2020-ci ildə 98%, 2021-ci ildə 77% olduğu halda, 2022-ci ildə 70%-ə, nodulyar dermatit xəstəliyi üzrə cavanlarda 2020-ci ildə 62% olduğu halda, 2021-ci ildə 25%-ə, 2022-ci ildə 28%-ə, XBH-də qarayara xəstəliyi üzrə 2020-ci ildə 91%, 2021-ci ildə 96% olduğu halda, 2022-ci ildə 61%-ə, çiçək xəstəliyi üzrə 2020-ci ildə 83%, 2021-ci ildə 112% olduğu halda, 2022-ci ildə 64%-ə, brusellyoz (Rev-1) xəstəliyi üzrə 2020-ci ildə 87% olduğu halda, 2021-ci ildə 69%-ə, 2022-ci ildə 78%-ə enib.