Azərbaycan Respublikası Prezidentinin 06.06.2018-ci il tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturu”na əsasən regional mədəniyyət idarələri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinə dair hesabatda əksini tapıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsi Nazirliyin Kollegiyasının 03.10.2018-ci il tarixli 5/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında Əsasnamə” ilə fəaliyyət göstərir. Əsasnaməyə görə İdarə Nazirliyin Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarında mədəniyyət, incəsənət sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən struktur qurumudur.