Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektləri ilə bağlı həyata keçirilən layihələr üzrə informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə səlahiyyətli orqanı məlumatlandırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
O cümlədən kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektlərinin müəyyən edilmiş təhlükəsizlik üzrə tələblərə uyğunluğunu mütəmadi qiymət- ləndirir və uyğunsuzluqları aradan qaldırır, habelə bu Qaydalarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri şərait yaradır.