Məhkəmənin icraatı dayandırmaq hüququna aydınlıq gətirilib.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər:
– tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə;
– tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda;
– tərəf müalicə müəssisəsində olduqda;
– bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda;
– məhkəmə tərəfindən ekspertiza təyin olunduqda;
– xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə
– qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda.