Qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmunu açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir:
– qiyabi qətnamə çıxaran məhkəmənin adı;
– ərizə verən şəxsin adı;
– cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar;
– ərizə verən şəxsin xahişi;
– ərizəyə əlavə edilmiş materialların siyahısı.