qaaŞəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumta görə,  hadisə Bakı-Qazax magistral yolunun rayonun Qədim Qala kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 1995-ci il təvəllüdlü Ceyhun Ağazadə və 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib, 1961-ci il təvəllüdlü Fəxrəddin Bədirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.